Maide.az

İraq hökuməti Mehran – Zərbatiyyə sərhəddini tamamilə bağladı - YENİLƏNİB

(Son üç abzas əlavə olunub)    İraq hökuməti bu gün səhərdən Mehran – Zərbatiyyə sərhəd-buraxılış məntəqəsini bağlayıb. Bunu İranın İlam əyalətinin başçısı Məhəmmədrza Mirvarid deyib.    Maide.Az xəbər verir ki, M.Mirvarid deyib ki, Mehran - Zərbatiyyə sərhəd-buraxılış məntəqəsi bu gün səhər saat 6-dan bağlanıb, zəvvarların çıxışına icazə verilmir.    Tasnimnews xəbər saytının məlumatına görə, O deyib ki, indiyədək Mehran sərhəd buraxılış məntəqəsindən 1 milyon zəvvar İraq torpağına keçib. “Hazırda İraq hökuməti ilə Mehran – Zərbatiyyə sərhəd-buraxılış məntəqəsinin yenidən açılması üçün danışıqlar aparılır”.   Qeyd edək ki, bir neçə gün öncə İranın Ərbəin ziyarəti üzrə Mərkəzi Qərargahın sədri Hüseyn Zülfüqari də Mehran sərhəd-buraxılış məntəqəsində həddən artıq sıxlıq yarandığı üçün müvəqqəti bağlandığını demişdi.    O demişdi ki, Ərbəin ziyarətinə getmək istəyən zəvvarlar Çəzabə və Şələmçə sərhəd-buraxılış məntəqələrindən keçərək İraqa gedə bilər.    Mehr agentliyinin məlumatına görə, İmam Hüseyn (ə) zəvvarlarının gediş-gəlişini asanlaşdırmaq məqsədi ilə Şələmçə və Çəzabə sərhəd-buraxılış məntəqələri  3 növbədə çalışacaq. Bunu İranın Baş  Gömrük İdarəsinin Xuzestan əyaləti üzrə gömrük nəzarətçisi  Rza Cəfəri  deyib.    O deyib ki, Şələmçə və Çəzabə sərhəd-buraxılış məntəqəsində işçilərin sayı 3 dəfə artırılıb.    R.Cəfəri deyib ki, Səfər ayının əvvəlindən indiyədək Şələmçə sərhəd-buraxılış məntəqəsindən 450 min nəfər və Çəzabə sərhəd-buraxılış məntəqəsindən isə 300 min nəfər zəvvar İraq torpağına keçib.