Maide.az

İraq hərbçiləri Mosulda 961 məhbusun saxlandığı yeraltı həbsxana aşkar ediblər

İraq təhlükəsizlik qüvvələri Mosul şəhərində İŞİD terrorçuları tərəfindən tutulmuş rayonlardan birində yeraltı həbsxana aşkar ediblər.   APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.   Bildirilir ki, həbsxana Mosulun Şura rayonunda noyabrın 7-də aşkar edilib: “Həbsxanada 961 nəfər olub. Onların hamısı sünni, əksəriyyəti isə İraq təhlükəsizlik qüvvələrinin keçmiş zabitləri və İraq İslam Partiyasının üzvləridir”.     Xatırladaq ki, İraqın şimalında Mosulun terrorçulardan təmizlənməsi əməliyyatı oktyabrın 17-dən aparılır. /