Maide.az

İraq Gömrük İdarəsi: Ətəbati-aliyyatı ziyarət etmək yalnız koronavirus böhranından sonra mümkündir

  İraqın  Gömrük İdarəsi  bəyanat yayaraq  ölkənin sərhədlərinin qonşu ölkələr o cümlədən İran və İraqla bağlı olduğunu bildirib.     Maide.Az  “abna”a istinadla xəbər verir ki,  İraq Gömrük İdarəsi öz bəyanatında sərhədlərin açılmasının ölkənin Səhiyyə Nazirliyinin qərarından asılı olduğunu bildirib.    İrandan ətəbati-aliyyat (əsasən Nəcəf, Kərbəla və Kazimeyndəki imamların ziyarətgahları nəzərdə tutulur) ziyarətlərinin  yenidən təşkili ilə bağlı yayılan xəbərlərə münasibət bildirən İraqın Nəcəf əyalətinin başçısı Luay al-Yassiri də yayılmış xəbərləri təkzib edib və  bildirib ki,  Nəcəf və digər şəhərlərdə  koronavirusla əlaqədar , eləcə də vətəndaşların sağlamlığını qorumaq məqsədilə sərt qaydalar tətbiq olunub və  hələlik heç bir ziyarət karvanını Nəcəf, Kərbəla və digər ziyarət şəhərlərinə buraxılmasına icazə verilmir.