İraq DİN: İraq ərazisində İŞİD-in nəzarətindəki bütün ərazilər azad edilib
Ravə şəhərinin azad edilməsi ilə İraqda İŞİD nəzarətində heç bir ərazi qalmayıb . Maide.Az “İRİB”-ə istinadən xəbər verir ki, bunu İraqın daxili işlər naziri Qasim əl-Əraci deyib. Q.əl-Əraci Ravə şəhərinin azad edilməsini dini mərcə təqlidə və İraq xalqına təbrik deyib və bildirib ki, İŞİD-in İraq ərazisində sonuncu bazasıda azad edilib. Qeyd edək ki, İraq Ordusu və Haşdu-Şabi bu gün əl-Ənbar əyalətində yerləşən Fərat sahilindəki kiçik Ravə şəhəri istiqamətində əməliyyata başlamışdı. Şəhərin 7 kvartalı və mərkəzi azad edilib. Hazırda İŞİD əl-Ənbarın səhrasında və İraq-Suriya sərhədindəki səhra ərazilərdədir. Suriya Ordusu və müttəfiqləri də İŞİD nəzarətində qalan son şəhər Bu-Kamalı tam azad etmək üzrədir.