Maide.az

İraqda zəlzələ baş verib

İraqın mərkəzi hissəsində Rixter cədvəli ilə 5,1 bal gücündə zəlzələ olub.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, yeraltı təkanlar Diyala əyalətində, yerin 10 kilometr dərinliyində qeydə alınıb.   Zəlzələ nəticəsində itki və ya fəsadların olub-olmaması barədə məlumat verilməyib.   Qeyd olunur ki, bölgədə 3-3,8 bal arasında daha bir neçə təkan qeydə alınıb.