Maide.az

İraqda toyda törədilən iki partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb

İraqın Tikrit şəhəri yaxınlığında toy mərasimində baş verən iki partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb, 26 nəfər yaralanıb.   APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 23 nəfərin öldüyü bildirilirdi.   Hadisə Tikrit şəhərindən 20 km şimalda yerləşən Həccac kəndində baş verib. Partlayışların iki terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.