İraqda stadionda partlayış baş verib
İraqın Diyalə əyalətinin şimalında Qulay bölgəsində yerləşən Xamasi futbol stadionununda partlayış baş verib. Maide.Az “İQNA” saytına istinadən xəbər verir ki, partlayışı İŞİD terror qruplaşma üzvi həyata keçirib. Partlayış nəticəsində ölən və yaralanan olmasada , stadiona ziyan dəyib. İraq təhlükəsizlik qüvvələrinin məlumatına görə, son günlər İŞİD terrorçuları tərəfindən Diyalə əyalətinin Xanqin bölgəsində müxtəlif partlayışlar həyata keçirilib.