Maide.az

İraqda silah-sursat anbarında baş verən yanğın nəticəsində ən az altı nəfər xəsarət alıb

İraqda silah-sursat anbarında baş verən yanğın nəticəsində ən az altı nəfər xəsarət alıb   Maide.Az xəbər verir ki, yerli telekanal Al-Sumaria-nın təhlükəsizlik orqanlarına istinadən verdiyi xəbərə görə, İraqın Bağdad əyalətindəki Əl-Madain bölgəsində silah-sursat anbarında baş verən yanğın nəticəsində ən azı altı nəfər xəsarət alıb.   "Əl-Madainin Əl-Caar bölgəsindəki silah-sursat anbarında baş vermiş yanğın 6 nəfərin xəsarət alması və maddi ziyanla nəticələnib", - deyə mənbə bildirib.   O, əlavə edib ki, yanğını söndürmək mümkün olub və qeyd edib ki, yanğına səbəb silah-sursatın saxlanma şəraitinin pis olması olub.