Maide.az

İraqda seçkilərin təxirə salınması tələb edilir

İraq Parlamentinin ən böyük sünni qrupu olan İraq Qüvvələr Birliyi  (İQB) 12 mayda keçirilməsi planlaşdırılan seçkilərin təxirə salınmasını tələb edib.   Maide.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, sünni qruplar İŞİD hücumları zamanı Ənbar, Mosul və Kərkükdə evlərini tərk edən əhalinin yarısı hələ də evlərinə qayıtmadığı üçün seçkilərin təxirə salınmasını istəyir.   İQB- nin digər tələbi isə 2018-ci il dövlət büdcəsində bəzi maddələrə yenidən baxılması ilə əlaqədardır.