Maide.az

İraqda partlayışlarda 8 nəfər ölüb

İraqda bir neçə bomba hücumunda azı 8 nəfər həlak olub, 20-dən çox adam yaralanıb.   Bağdadın cənub-şərqində yerləşən Diyala şəhərinin polisi deyir ki, iyulunda 19-da yol kənarına qoyulmuş bomba partlayıb, 4 nəfər həlak olub, 9 nəfər yaralanıb.   Bağdadın şərqində isə yenə də yol kənarına qoyulmuş bombadan 2 nəfər ölüb, 8 nəfər yaralanıb   Nahravan məhəlləsində törədilən partlayışda isə 2 nəfər həlak olub, 6 nəfər yaralanıb.   Bu hücumlara görə məsuliyyəti üzərinə götürən olmayıb. Ancaq son aylar Bağdadda və ətrafında oxşar hücumlara görə İŞİD terror təşkilatı məsuliyyət daşıdığını bəyan edib.