Maide.az

İraqda partlayış: 20 hərbçi həlak oldu

İraqın Beyci şəhərində partlayış nəticəsində ən azı 20 hərbçi həlak olub.    Bu barədə “Euronews” kanalı məlumat yayıb.   “Əl-Ərəbiyə” telekanalı məlumat yayıb ki, hücumu İŞİD terror qruplaşmasının yaraqlıları törədib.    Beycidə İraqın iri neft emalı zavodu yerləşir. Zavodun istehsal gücü gündə 300 min barrel neft məhsulları təşkil edir.