Maide.az

İraqda oktyabr ayı ərzində ölən və yaralananların sayı açıqlandı

BMT-nin İraqa Yardım Missiyası (UNAMİ) oktybar ayında İraqda terrorçular tərəfindən öldürülən və yaralanan iraqlılar barədə hesabat yayıb.    2017-ci ilin oktyabrında İraqda terror, zorakılıq və silahlı münaqişələr zamanı ümumilikdə 114 nəfər İraq vətəndaşı ölüb, 244 nəfər isə yaralanıb.  Hesabata görə, terror hücumlarından ən çox ziyan çəkən bölgə Bağdad olub. Bağdadda terror nəticəsində 38 nəfər ölüb, 139 nəfəri isə yaralanıb. Əl-Ənbarda 36 nəfər ölüb, 55 nəfər isə yaralanıb. Kərkükdə isə 18 nəfər terror hücumlarının qurbanı olub, 33 nəfər isə bu hücumlar zamanı yaralanıb.(eastnews)