İraqda neft quyusunda partlayış və yanğın baş verib
İraqın Kərkuk şəhərinin qərbində Xəbbaz neft yatağında iki neft yatağı raketlə vurulub. Maide.Az "Reuters"ə istinadla xəbər verir ki, hər iki yataqda partlayış və yanğın baş verib. Hələlik heç bir şəxs və qrup bu hücumun məsuliyyətini üzərinə götürməyib. Qeyd olunan neft yataqları gündəlik 25 min barel neft hasil edirdi. Xatırladaq ki, İraq prezidenti ötən həftənin bazar ertəsi günü Kərkuk şəhərinin ixtilaf və problemlər üçün bir meydana çevirilməməsi zəruriliyindən danışmış və bu bölgədəki problemlərin həllinin zəruriliyini vurğulamışdı.