Maide.az

İraqda helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb

 İraqda helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.   Maide.Az “Report” a istinadən xəbər verir ki, məlumatı “Sky News Arabia” telekanalı yayıb.   Hadisə ölkənin şimal-şərqində yerləşən Salahəddin əyalətinin Tuzhurmat şəhəri yaxınlığında baş verib.   Ölənlərin hamısı ekipaj üzvdür.