Maide.az

İraqda gözlənilən böyük ittifaq...

"Qanun dövləti" koalisiyasının sədri  Nuri əl-Maliki, iştirak etdiyi bir media toplantısında "Əl Bina" adlı böyük ittifaqın yaradıldığını bildirib.    Maide.Az-ın "Sumaria Nevs"a istinadla verdiyi xəbərə görə, "Qanun dövləti" koalisiyasının sədri Nuru əl-Maliki bildirib ki, bu ittifaq parlamentdə çoxluq təşkil edərək nəhayət yeni hökumət yaradacaq.    "Sözü gedən ittifaq uzun və çətin müzakirələrdən sonra ortaya çıxmışdır."- deyə o bildirib.    “Əl-Fəth” koalisiyasının sədri Hadi əl-Əmiri də bu mövzuyla bağlı bunları dedi: "Əl Bina" ittifaqı 149 kürsüyə sahib olaraq lap əvvəldən sünni, şiə və kürd qrupları birləşdirərək əhatə etməyə çalışır.   İraqda parlament seçkiləri may ayında keçirilib.