İraqda güclü partlayış olub: 60 ölü, 200 yaralı
Maide.az "Reuters"ə istinadən xəbər verir ki, İraqın paytaxtı Bağdadın yaxınlığında minalanmış maşının partlaması nəticəsində 60 nəfər ölüb, 200 nəfər isə yaralanıb. Bildirilir ki, partlayış Mədinət-əs-Sədr bölgəsindəki bazarlardan birində törədilib. Hələlik partlayışı regiondakı qruplaşmalardan heç biri üzərinə götürməyib.