Maide.az

İraqda etiraz aksiyaları davam edir: 12 ölü, 571 yaralı

İraqın cənub şəhərlərində etiraz aksiyaları davam edir.   Etiraz aksiyaları başlayandan 12 nəfər həyatını itirib, 571 nəfər isə yaralanıb. Yaralananların 371-i təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır.   Bundan əlavə etiraz aksiyaları zamanı 18 hökümət binası, 22 partiya qərargahı, 7 yaşayış binası uçurulub. Etazçılardan 302 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.   Qeyd edək ki, İraqda etiraz aksiyaları iyulun 8-i Bəsrə şəhərində başlayıb. Etirazçılar işsizlik və kommunal vəziyyətdən narazıdır. Daha sonra etiraz aksiyaları Maysan, Kərbəla, Nəcəf, Di-Kar bə Babil şəhərlərinədə keçirb.   İraqda rəsmi işsizlik səviyyəsi 10,8 faiz təşkil edir. İşsizlərin 60 faizdən artığının yaşı 24-dən aşağıdır.