Maide.az

İraqda İŞİD terrorçularının başçısı öldürüldü

Maide.az-ın məlumatına görə, İraqın Ninəva əyalətinə endirilən aviazərbələr nəticəsində İŞİD terrorçularının başçılarından olan və terrorçuların hərbi naziri adlandırılan Şiit əl-Samarri öldürülüb.   Qruplaşmanın digər 8 lideri də onunla birlikdə ölüb. Hadisənin təfərrüatları açıqlanmır.   Xatırladaq ki, mart ayındakı bombardman zamanı İŞİD lideri Bağdadi də ağır yaralanıb. Məlumata görə, o tədricən sağalır, lakin hələlik qruplaşmanı idarə edə bilmir.