İraqda Ayətulah Sistaninin nümayəndəsinə qarşı sui-qəsd təşkil olunub
Iraqın cənubunda Ayətullah Sistaninin Əl-Müsənna əyalətindəki nümayəndəsi Razi Əl-Taiyə qarşı sui-qəsd təşkil edilib. Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, İraq Əl-Müsənna əyalət polis rəsmisi Xəlil Əbdül-Qəfur bidirib ki, silahlı şəxslər cümə axşamı günü Ayətullah Sistaninin nümayəndəsi Razi Əl-Taiyinin evinə avtomat silahlarla atəş açıb. Sui-qəsd nəticəsində R.Əl-Tai xəsarət almasada onun qardaşı oğlu ağır yaralanıb. Polis hazırda bu hadisə ilə bağlı təhqiqat aparır.