Maide.az

İraqda ABŞ təyyarəsi qəzaya uğrayıb, ölən var

  İraqda ABŞ-a məxsus təyyarə qəzaya uğrayıb.    Madie.Az  yerli KİV-ə istinadla xəbər verir ki,  İraqda Eynül-Əsəd bazası yaxınlığında baş verən hadisə haqqında hələlik ətraflı məlumat verilməyib.    Bildirilib ki, ABŞ-a məxsus təyyarədə 4 nəfər olub, onların hamısı ölüb.   Qəzaya uğrayan “C-27J Spartan” hərbi nəqliyyat təyyarəsi İtaliya və ABŞ-ın birgə istehsalıdır.     Qeyd edək ki, bir neçə gün öncə ABŞ-a məxsus hərbi təyyarə Əfqanıstanda qəzaya uğramış və təyyarədə 10-dan çox hərbiçi və kəşfiyyatçı ölmüşdür.