Maide.az

İraqda Ərəbistanın Milli Qvardiyasının bir qrup əsgəri öldürülüb

İraqın könüllü qüvvələri İŞİD üzvü olan Ərəbistanın Milli Qvardiyasının bir qrup əsgərini Tikritdə öldürüb. Maide.az  ABNA-ya istinadən xəbər verir ki,İraqın təhlükəsizlik qüvvələri Tikritin şimalında yerləşən əl-Şərqat məntəqəsində bir qrup İŞİD-çini öldürüb. Öldürülənlərin bir neçəsi Ərəbistanın Milli Qvardiyasının üzvləri olublar. İraqın təhlükəsizlik rəsmilərinin dediyinə görə,  İŞİD-in komandanlarının bir qrupu Ərəbistan vətəndaşlarıdır. İraqda əldə olunan başqa bir məlumata görə, çərşənbə axşamı günü Bağdadın cənubunda əl-Mədain məntəqəsində bir kafe yaxınlığında bomba partladılıb. Partlayış nəticəsində iki İraq vətəndaşı həlak olub, 8 nəfər də yaralanıb. BMTnin hesabatına görə, İraqda de-stabillik barəsində bildirib ki, 2016-cı ilin ilk ayında İraqda 849 nəfər həlak olub, 1450 nəfər də yaralanıb. Bu hesabatda İŞİD terror qruplaşması İraqdakı destabilliyin və sivillərin qətlə yetirilməsinin əsas amili elan olunub./