Maide.az

İraqda 6 azərbaycanlı qadın ömürlük mühakimə edilib

Aprelin 29-da İraq məhkəməsi İŞİD-in tərkibində terrorçuluq fəaliyyətində iştiraka görə 29 əcnəbini ömürlük həbs cəzasına məhkum edib.   "Əl-qüds-əl-Ərəbi" kanalı bildirib ki, mühakimə edilən qadınların arasında 6 nəfər azərbaycanlı qadın var.   Bundan əlavə, 19 nəfər Rusiya və 4 nəfər Tacikistan vətəndaşı mühakimə edilib.   Proses zamanı qadınlar bildiriblər ki, İraqa öz ərləri ilə birlikdə gəliblər, onları terrorçu hərəkatda iştiraka məcbur ediblər. Qadınlar Telafer şəhəri uğrunda döyüşlər zamanı əsir düşüblər.(contact.az)