İraqda 3 gün matəm elan olundu
İraq hökuməti ABŞ hərbi qüvvələrinin İraq ordusunun tərkibində olan xalq könüllülər qüvvələrinin - "Həşd Şabi"nin 45 və 46-cı briqadasının mövqelərinə endirdiyi aviazərbələr nəticəsində şəhid olan döyüşçülərin xatirəsinə hörmət əlaməti olaraq 3 gün matəm elan olunub. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İraq baş naziri Adil Əbdül-Mehdi bu gün öz bəyanatında bildirib. Qeyd edək ki, ABŞ hərbi qüvvələrinin İraq ordusunun tərkibində olan xalq könüllülər qüvvələrinin - "Həşd Şabi"nin 45 və 46-cı briqadasının mövqelərinə endirdiyi aviazərbələr nəticəsində 28 döyüşçü şəhid olub, 51 nəfər yaralanıb. Xatırladaq ki, bu gün həmdə ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Aksiyaya yüzlərlə iraqlı qatılıb. Aksiya iştirakçıları dekabrın 29-da ABŞ hərbi qüvvələrinin İraq ordusunun mövqelərinə endirilən zərbə nəticəsində onlarla döyüşçünün ölməsi və yaralanmasına etirazlarını bildirirlər. Aksiyaçılar səfirlik binasına daxil olmağa çalışıblar.