Maide.az

İraqda 39 İŞİD terrorçusu məhv edildi

İraq ordusu Səlahəddin əyalətində İŞİD terrorçularına qarşı kütləvi əməliyyat keçirib. Bu barədə İraq mətbuatı məlumat yayıb. Məlumata görə, dünən keçirilən əməliyyatlar zamanı İŞİD-in 39 üzvü məhv edilib. İraq təhlükəsizlik rəsmiləri bir sıra yüksək səviyyəli İŞİD liderlərinin əməliyyatlarda öldürüldüyünü açıqlayıb. /eastnews.org/