Maide.az

İraqda 361 kənd işğaldan azad edildi

İraqın Neynəva əməliyyatları komandiri general Əbdüləmir Rəşid Yarallah oktyabr ayının ortalarından dekabr ayının 1-nə qədər 361 kəndin işğaldan azad edildiyini bildirib.   General Rəşid Yarallah açıqlamasında, bu 45 gün ərzində 632 ədəd bomba yerləşdirilmiş maşının məhv edildiyini və İŞİD-ə qarşı 3500 döyüş uçuşunun həyata keçirildiyini qeyd edib.   İraqın terrorizmlə mübarizə idarəsinin komandirlərindən Əbdülqəni Əl-Əsədi Mosulun işğaldan azad edilməsi əməliyyatlarının davam etdiyini qeyd edərək, İraq qüvvələrinin Mosulun daha 2 bölgəsinə çatdığını bildirib. O, terrorçuların hazırda çətin vəziyyətdə olduğunu və bu vəziyyətin onların mülki əhaliyə qarşı cinayətlərinin artmasına səbəb olduğunu söyləyib.(deyerler.org)