Maide.az

İraq ABŞ-ın təklifini rədd etdi

Maide.az-ın xəbərinə görə, İraın baş naziri Heydər İbadiyə yaxın mənbələr bildirir ki, ABŞ-ın İŞİD-ə qarşı hərbi dəstək təklifi rədd edilib.    Adının açıqlanmasını istəməyən səlahiyyətli bunları qeyd edib: "Dünən ABŞ-ın Baş Qərargah rəisi Martin Dempseyi qəbul edən baş nazir Heydər İbadi ABŞ-ın İŞİD-i məhv etmək üçün qurudan dəstək vermək təklifini qəti şəkildə rədd etdi və belə danışdı: "İraq ordusu tayfaların və könüllü güclərin də verdiyi geniş diametrli dəstəklə terroristlərin öhdəsindən gələ biləcək gücə malikdir. Bu səbəbdən kənardan gələcək quru dəstəyi qəbul etmirik. İraq ABŞ-la əldə etdiyi müqavilələrə əsasən təslim götürəcəyi döyüş təyyarələrini hələ almayıb. Amerika rəhbərliyindən sözügedən döyüş təyyarələrinin Bağdad rəhbərliyinə təslim edilməsi mövzusunda tələsik hərəkət etməsini istəyirik. Həmçinin Qərb güclərinin hava hərəkatı da İraq ordusunun irəliləyişinə görə dəstək verməlidir."