İran yeni sentrifuqalar istifadəyə verib
İranın Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi deyib ki, tibb mərkəzlərində istifadə məqsədi ilə yeni sentrifuqalar istifadəyə vermişik. Maide.az xəbər verir ki, Ə.Ə. Salehi bug ün 20 fərvərdin (8 və ya 9 aprel) " İranda milli nüvə texnologiyası" günü münasibəti ilə keçirilən tədbirdə çıxışında bildirib ki, Ərak ağır su mərkəzi öz tədqiqat fəaliyyətlərini davam etdirəcək. Məlumata əsasən, tədbirdə iki növ “Zunar” və “Elitra” adlı inkişaf etdirilmiş yeni sentrifuqanın təqdimatı olub. Mərasimdə iki növ sentrifuqadan başqa nüvə texnologiyası sahəsində daha 10 yeni nailiyyətin təqdimatı olub. Təqdimat mərasimində İran prezidenti Həsən Ruhani də iştirak edib. " Zunar və Elitra adlı inkişaf etdirilmiş yeni sentrifuqanın texnolgiyası yalnız Amerika və Yaponiyada var və İranlı mütəxəssislər bu texnologiyanı əldə etməklə üçüncü ölkədir ki, bu növ sentrifuqanı istehsal edir." Bu sözləri İranın Atom Enerji Təşkilatının sədr müavini ƏliƏsğər Zarian tədbirdə çıxışında deyib. İran heç bir dövlət üçün təhlükəli deyil. Bunu İran prezidenti Həsən Ruhani tədbirdəki çıxışında bildirib. "İran başqa dövlətlərə təhlükə yaratmır. Biz balanslaşdırılmış xairici siyasət yürüdür və dünyanın başqa dövlətləri ilə əməkdaşlıq etməyə cəhd göstəririk", - deyə İran prezidenti vurğulayıb. /