İran XİN Çavuşoğlunun Tehrana səfərini təsdiqlədi- YENİLƏNİB
(İlk xəbər bu gün saat 16:04 dərc olunub) İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi Türkiyə xarici işlər naziri naziri Mövlud Çavuşoğlunun ötən gün Tehrana qısamüddətli səfər etdiyini və İranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşdüyünü təsdiqləyib. Maide.Az İran KİV-lərinə istinadən xəbər verir ki, B.Qasimi deyib ki, M. C. Zərif ilə M.Çavuşoğlu arasında görüş 5 saat davam edib. "danışıqlarda ikitərəfli əlaqələr, regionda baş verən proseslər, xüsusilə Suriya böhranı müzakirə olunub."