İran XİN: Qərb Suriyaya terrorçular məğlubiyyətə uğradığı üçün zərbə endirdi
İranın Xarici İşlər Nazirliyi ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya endirdiyi zərbələri qətiyyətlə pisləyib. Maide.Az xəbər verir ki, "İranın Xarici İşlər Nazirliyi Suriyaya üçqat təcavüzü pisləyir və onun region üçün verə biləcəyi nəticələri barədə xəbərdarlıq edib", - məlumatda qeyd olunub. "Bu beynəlxalq qanunların açıq-aşkar pozulması və Suriyanın ərazi bütövlüyü və milli suverenliyini pozmaqdır. İran İslram Repsublikası şəriət, qanun və əxlaq qaydalarına uyğun olaraq kimyəvi silahların istifadəsinin əleyhinədir. Eyni zamanda müstəqil bir ölkəyə bu bəhanə ilə təcavüzü ciddi şəkildə pisləyir və bu qəbuledilməzdir. Heç şübhəsiz ABŞ və müttəfiqləri heç bir sənəd olmadan Kütləvi Qırğın Silahların yayılmamaası Təşkilatının Suriyadakı hərbi addımlarla bağlı sön qərarını gözləmədən özünü hakim və dünya plisi güman edib və bu işi görüb. Bu macəra axtarışının həm regionda və həmdə regiondan kənar baş verə biləcək nəticələrinə görə məsuliyyət daşıyır." İdarənin fikrincə, Qərb Suriyaya terrorçular məğlubiyyətə uğradıqları üçün zərbə endirib.