İran və Suriya arasında 11 əməkdaşlıq sazişi imzalanıb
İran və Suriya arasında əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə 11 əməkdaşlıq sazişi imzalanıb. Maide.Az “tasnimnews”ə istinadən xəbər verir ki, sənədlər İran prezidentinin birinci müavini İshaq Cahangirinin Suriyaya səfəri çərçivəsində imzalanıb. İmzalanmış sənədlərə əsasən, iki ölkə xəritə çəkmə, sinəma, təhsil, ictiami xidmətlər, tikinti, dəmir yolu və müştərək investisiya sahəsində əməkdaşlıq edəcək.