İran və Əlcəzair “Əhməd bəy” adlı müştərək tarixi film çəkir
İranlı kinorejissor Camal Şurcə Əlcəzairli Quran hafizi və Fransa işğalına qarşı mübarizə aparmış Əhməd bəy ibn Məhəmməd Şərif haqqında tarixi film çəkir. Maide.Az "İQNA"a istinadən xəbər verir ki, filmin çəkilişlərinə Əlcəzairin paytaxtında yerləşən “CADC” kino şəhərciyində start verilib. Film Əhməd bəyin Fransa işğalçılarına qarşı apardığı mübarizə illərini özündə əks etdirəcək. Filmdə iranlı və əlcəzairli aktyorlar oynayır. Qeyd edək ki, Əhməd bəy ibn Məhəmməd Şərif 1786-ci ildə Konstantin şəhərində doğulub və 1850-ci ildə vəfat edib. O, Əlcəzair ərəb tayfalarından ən böyüklərindən olan İbn Qanə ailəsindədir, O, 12 yaşında Quranı əzbərləyib. 1826-ci ildə Konstantin şəhərinin son bəyi Əhməd bəy ibn Məhəmməd Şərif Fransa işğalçılarına qarşı mübarizə aparmış və Konstantin Əlcəzairdə fransızlara qarşı ən uzun müddət müqavimət aparan şəhər olub.