İran və Azərbaycan sərhəddində zəlzələ baş verib
Bu gün axşam İran və Azərbaycan sərhəddində Parsabad şəhərində 4,7 bal gücündə zəlzələ baş verib. Maide.Az Mehr agentliyinə istinadən xəbər veri r ki, Parsabad şəhərində insanlar evlərindən çölə çıxıb və gecəni çöldə gecələcəklərini bildirib. Zəlzələ nəticəsində ölən və xəsarət alanin olmadığı bildirilir. Bəzi evlərdə çatlar yaranıb. Qeyd edək ki, bu gün Azərbaycanda da növbəti dəfə zəlzələ olub. Yeraltı təkanlar Bərdə, Yevlax, Mingəçevir və digər rayonlarda hiss edilib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı “Report”a açıqlamasında bildirib ki, Azərbaycandakı zəlzələnin gücü 5 bala yaxın olub: “Zəlzələ Ağdam və Bərdədə qeydə alınıb. Zəlzələnin maqnitudası 4,7 olub”.