İran və Türkiyə arasında 4 əməkdaşlıq sazişi imzalanıb
“İran və Türkiyə bölgədə yeni bölgünü və yeni sərhədləri qəbul etməyəcəklər, Regional Hökumətin başçıları gərək öz səhvlərini düzəltsinlər” Maide.Az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Tehranda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla keçirdiyi mətbuat konfransında deyib. “Biz coğrafi sərhədlərin dəyişməsini heç vaxt qəbul etməyəcəyik. Kürdüstan Muxtariyyətinin liderləri səhv qəbul etdikləri qərarları gərək düzəltsinlər” deyə Həsən Ruhani Türkiyə prezidenti ilə həmfikir olduğunu və kürd rəhbərlərinə xəbərdarlıq etdiyini bildirib. H.Ruhani deyib ki, iki ölkə arasında bank sahəsində əməkdaşlıqla bağlı alınmış qərarlar həftənin sonuna kimi tam razılaşdırılacaq. “İki ölkə arasında gediş-gəli, məhsulların tranziti 3 sərhəd buraxılış məntəqəsində baş tutur. İki ölkənin sərhədləri 3 buraxılış məntəqəsində 24 saat fəaliyyət göstərəcək.” H.Ruhani deyib ki, mədəniyyət, turizm, nəqliyyat və neft və qaz sahəsində əməkdaşlıq üçündə razılıqlar əldə olundu. O deyib ki, hər iki ölkənin iradəsi ticarət və iqtisadə əlaqələrin 30 milyard dollara artırılmasınadır. Konfransda çıxış edən Türkiyə prezidenti İranlı həmkarına qonaqpərvərliyə görə təşəkkür edib və bildirib ki, iki ölkənin strateji əməkdaşlıq şurasının iclası çox faydalı iclas idi. R.T.Ərdoğan deyib kİ, iki ölkə arasında ticarət mübadiləsinin 30 milyard dollara çatdırılması haqqında razılığa gəlmiik. “Son illər iki ölkə arasında ticarət dövriyyəsi 10 milyard dollara çatıb. Iki ölkənin strateji əməkdaşlıq şurasının dördüncü iclasında ticarət dövriyyəsinin 30 milyard dollara çatdırılmasını qərarlaşdırdıq.” Qeyd edək ki, İran və Türkiyə arasında bu gün 4 əməkdaşlıq sazişi imzalanıb. İmzalanmış sənədlər gömrük, iki ölkənin bankları, milli kitabxanalar və dövlət televiziyaları arasında əməkdaşlıq sahəsini əhatə edir.