İran və Rusiya Suriya böhranın həlli yollarını müzakirə edib
İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani Moskvada Rusiya rəsmiləri ilə Suriya böhranını müzakirə edib. Maide.Az xəbər verir ki, Ə.Şəmxani Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşdə Suriyadakı böhranın həlli üçün yolları müzakirə edib. Ə.Şəmxani həmçinin Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşdə bölgədəki son durum və iki şura arasında məlumat mübadiləsini müzakirə edib. Ə.Şəmxani Rusiya rəsmiləri ilə həmçinin Suriyadakı problemin siyasi həll yollarını müzakirə edib.