İran və Rusiya Xəzərdən gəmilərin Fars Köfəzinə getməsi üçün kanal çəkməyi planlaşdırır
İran və Rusiya hazırda Xəzər dənizindən gəmilərin Fars Körfəzinə üzməsi üçün İran ərazisindən su kanalı çəkməyi müzakirə edir. Maide.az xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Mehdi Sənai deyib. M.Sənayi Sankt-Peterburqda tələbər qarşısında çıxışında bildirib ki, rəsmi Moskva və Tehran hazırda bu kanalın qazılmasını müzakirə edir.“Bu iki dənizi birləşdirəcək kanal İran ərazisindən keçməlidir. Bu mövzunu müzakirə edirik”. Sənai bu layihənin detallarını açıqlamayıb. /