İran və Pakistan 5 illik stratejik əməkdaşlıq üçün sənəd imzalayır
İran prezidenti Həsən Ruhani cümə günü Pakistana rəsmi səfər edəcək. Maide.az xəbər verir ki, iki günlük səfər zamanı Ruhani Pakistan rəsmiləri ilə iki tərəfli əlaqələrin inkişafı xüsusi ilə iki ölkə arasında iqtisadi və enerji əlaqələrinin inkişafı haqqında müzakirələr aparacaq. Səfər zamanı iki ölkə arasında bir neçə sənəd imzalanacaq. Iki ölkənin 5 illik stratejik əməkdaşlığına dair sənəd, iqtisadi, elmi, mədəniyyət ,səhiyyə və KİV-lərin əməkdaşlığı sahəsində sənədlərin iki ölkənin prezidentləri tərəfindən imzalancağı gözlənilir. Həmçinin iki ölkənin özəl sektoru arasında əməkdaşlıq yollarının araşdırılması sahəsində müştərək konfrans keçiriləcək. /