Maide.az

İran, Türkiyə və Rusiya Suriya mövzusunda daha bir razılığa gəldi

Qazaxıstanın paytaxtı Astanada bu gün başlanan Suriyada böhranın həlli ilə bağlı danışıqlar zamanı növbəti razılıq əldə olunub. Belə ki, İran, Türkiyə və Rusiyanın yekdil razılığı ilə danışıqların Cenevrədə davam etməsi və suriyalı müxaliflərin həmin görüşdə iştirak etməsi barədə qərar qəbul edilib.   Cenevrədə 8 fevral 2017-ci ildə keçiriləcək danışıqlar zamanı Suriya hökuməti və 15 silahlı qruplaşma üzvü olan müxalifət nümayəndələrinin iştirakı gözlənilir.   Qeyd edək ki, bu gün start götürən Astana danışıqlarının artıq birinci mərhələsi yekunlaşıb və görüşdə rəsmi Dəməşq və müxalifət nümayəndələri eyni danışıqlar masasında oturublar. Müzakirələrdə Qazaxıstan, İran, Suriya hakimiyyəti, BMT, ABŞ, Türkiyə, Rusiya və Suriya müxalifətinin nümayəndə heyətləri iştirak edirlər.(faktxeber)