Maide.az

İran SOCAR-a qaz yataqlarında müştərək tədqiqatların aparılmasını təklif edib

"SOCAR hazırda İranın qaz yataqlarında müştərək tədqiqatların aparılması ilə bağlı təklifimizi araşdırır". Bunu APA-nın İran bürosuna açıqlamasında İranın neft şirkətinin baş direktoru Əli Kardər deyib. "İran bir müddət öncə qaz yataqlarının müştərək tədqiqatları üzrə birgə əməkdaşlıq layihəsini SOCAR-a təqdim edib və azərbaycanlı tərəfdaşlarımız bu məsələni araşdırır. Mövcud şərait Azərbaycanla İran arasında neft sahəsində əməkdaşlıq perspektivinin yaxşı olacağına ümid etməyə zəmin yaradıb", - deyə baş direktor qeyd edib. /