Maide.az

İran səfiri: `Azərbaycandan İrana yardımlar təklif olunur`

“İranda baş verən zəlzələ ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Həsən Ruhani və İran xalqına başsağlığı verib. İran dövləti adından təşəkkürümüzü çatdırırıq”.   Maide.Az bildirir ki, bunu APA-ya İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Cahangirzadə deyib. Səfir bildirib ki, zəlzələdən sonra Azərbaycanın dövlət orqanlarından İrana yardımlar təklif olunub: “Təklif edilən yardımlarla bağlı İranın aidiyyəti qurumlarını məlumatlandıracağıq”.   Səfir bildirib ki, son məlumatlara görə, İranda baş vermiş zəlzələ nəticəsində ölü sayı 214 nəfərə çatıb, xəsarət alanların sayı isə 2500-dən çoxdur.   Qeyd edək ki, ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kirmanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 14 afterşok qeydə alınıb.