İran, İraq və Suriya nəqliyyat dəhlizi yaradır
İran, İraq və Suriya multimodal nəqliyyat dəhlizi yaradır. Maide.Az "tasnimnews"a istinadla xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini Şəhram Adəmnejad deyib. Onun sözlərinə görə, üç ölkə həmçinin İpək yolu çərçivəsində şərq-qərb tranzit şəbəkəsini inkişaf etdirməyi, bu dəhlizin Orta Asiyaya birləşdirilməsi, gömrük və sərhəd xərclərinin uyğunlaşdırılması haqqında da razılıq əldə edib. Ş.Adəmnejad həmçinin bildirib ki, razılığa əsasən İran Şələmçə - Bəsrə dəmir yolu xəttini inşa edəcək və 3 ölkə dəmir yolu vasitəsilə sərnişin və yükdaşımaları həyata keçirəcək.