İran rəsmisi: “ABŞ beynəlxalq diplomatik prinsiplərə sadiq deyil”
“ABŞ prezidenti Donald Trampın BMT-də İranla bağlı çıxışı onun beynəlxalq müqavilələri və hüquq prinsipləri zəif bilməsindən qaynaqlanır”. Bunu İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani deyib. O bildirib ki, bu kimi çıxışlar onun sülhə zidd mövqeyinin göstəricisidir: “Tramp hələ də seçki ab-havasından çıxmayıb. Məsləhətçiləri ona xatırlatmalıdır ki, təbliğat xarakterli hərəkətlərin ölkələrin iradəsinə heç biri təsiri yoxdur”. Ə. Şamxani qeyd edib ki, İran hüquqlarını qoruyur və Hollivud səs-küyündən təsirlənmir. “Beynəlxalq Nüvə Enerjisi Təşkilatı 7 dəfə İranın Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə öhdəliklərini yerinə yetirdiyini açıqlayıb. KİV vasitəsilə psixoloji müharibə apararaq hansısa ittihamlar irəli sürməyin heç bir mənası yoxdur. ABŞ-ın HBFP planı ilə bağlı mövqeyi onun beynəlxalq diplomatik prinsiplərə sadiq olmamasının göstəricisidir”. (apa) /