Maide.az

İran prezidentinin Aparat rəhbəri Bakıdadır

İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi Bakıda səfərdədir. Bu barədə İranın Azərbaycan səfirliyindən bildiriblər.   Səfirliyin məlumatına görə, iyunun 3-dən başlayan səfər çərçivəsində Mahmud Vaezinin prezident İlham Əliyev, baş nazir Novruz Məmmədov və iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşlər keçiricəyi nəzərdə tutulur.   Səfərin iyunun 4-də başa çatacağı gözlənilir.