Maide.az

İran Prezidenti martın sonunda Rusiyaya səfər edəcək

Rusiya və İran prezidentlərinin görüşü martın sonunda Moskvada baş tutacaq.   SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə jurnalistlərə İranın informasiya-kommunikasiya texnologiyaları naziri, Rusiya-İran hökumətlərarası komissiyasının həmsədri Mahmud Vaezi məlumat verib.   Onun sözlərinə görə, hazırda səfərlə bağlı hazırlıq işləri aparılır, gündəlik formalaşdırılır.