İran orbitə hərbi peyk buraxıb - FOTO
Hərbi peyk, bu gün səhər İranın Mərkəzi səhrasından uğurla buraxılıb. Maide.Az “Mehr” agentliyinə istinadla xəbər verir ki, İran Islam Inqilabı Keşikçilər Korpusu (Sepah) tərəfindən orbitə buraxılan ilk hərbi peykin adı "Nur"dur. Peyk “Qasid” peyk daşıyan raketi ilə yerin 425 kilometrliyində yerləşdirilib. Məlumatda bildirilir ki, Sepahın bu addımı İran İslam Respublikası üçün kosmos sahəsində yeni və böyük nailiyyət hesab olunur. Qeyd edək ki, İran kosmosa ilk peykini 2009-cu ildə buraxıb. İslam İnqilaıbın 30-cu il dönümü münasibətilə orbitə buraxılan ilk peyk elmi məqsədlər, məsələn, ətraf mühitlə bağlı informasiya toplamaq üçün hazırlanmışdı.