İranın xarici işlər naziri Türkiyəyə səfər edib
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün İstanbula səfər edib. Maide.az xəbər verir ki, M.Cavad Zərif Türkiyə rəsmiləri ilə iki tərəfli əlaqələri inkişaf etdirmək məqsədi ilə danışıq aparacaq. "Biz Türkiyə ilə ən yaxşı iqtisadi əlaqələr qurmaq niyyətindəyik. Eləcə də müştərək təhlükələr qarşısındayıq, ona görə regionda baş verən dəyişikliklər və proseslər bu səfərdə müzakirə olunacaq məsələlərdəndir".-deyə M.Cavad Zərif jurnalistlərə deyib. M.C.Zərif Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, baş nazir Əhməd Davudoğlu, prezident Rəcəb Təyyib Ərdoğan ilə görüşəcək. Qeyd edək ki, M.C.Zərif cümə günü Rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb və Suriyadakı son durum və atəşkəs və onun icrası ilə bağlı danışıb. /