Maide.az

İranın xarici işlər naziri Bakıya gəlir

Maide.az xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif fevralın 16-da Azərbaycana rəsmi səfər edəcək. Fevralın 18-dək davam edəcək səfər çərçivəsində M.C.Zərifin Azərbaycanda bir sıra yüksək səviyyəli görüşləri nəzərdə tutulub. Görüşlərdə İran ilə Azərbaycanın qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə ediləcək.