Maide.az

İranın paytaxtı Tehranda baş vermiş zəlzələdə 2 nəfər ölüb

İranda zəlzələ nəticəsində 2 nəfər ölüb, 117 nəfər  yaralanıb   Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, ötən gecə İran paytaxtı yaxınlığında baş verən zəlzələ nəticəsində ən azı 2 nəfər ölüb, 117 nəfər yaralanıb.    5,2 bal gücündə olan  zəlzələ Kərəc şəhərindən 17 km aralıda, Tehranın Şimal qərbində baş vermişdir.  Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.  Zəlzələ  paytaxt Tehranla yanaşı Əlborz, Qəzvin, Qum, Gilan və Mərkəzi əyalətlərində də hiss olunub.    Qeyd edək ki, zəlzələ nəticəsində ölənlərin biri zəlzələdən qorxmuş hamilə qadındır.