İranın nüvə proqramı ilə əlaqədar kompromis mümkündür
«İran nüvə məsələsi ilə əlaqədar kompromis mümkündür». Maide.az-ın verdiyi məlumata görə bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov Parisdə ABŞ Dövlət Katibi Con Kerri və Frasa XİN rəhbəri Loran Fabiusla danışıqlardan sonra keçirilən brifinqdə deyib. «İranın nüvə proqramı barədə tezliklə hərtərəfli razılığa gəlmək üçün əlimizdən gələni edirik. Demək olar ki, hər gün rabitəmiz olur. Mən əminəm ki, kompromis mümkündür. Bunun məhz 24 noyabrda baş verəcəyinə isə zəmanət verə bilmərəm. Bu tarix müqəddəs sayılmır», deyən Lavrov daha sonra əlavə edib: «Biz çalışırıq ki, bu tarixə qədər nəticə əldə etməyə çalışaq. Lakin əminik ki, əsas süni surətdə hər hansı bir sərhəddin yaradılması deyil, rifahı və keyfiyyətidir».