Maide.az

İranın neft ixracı sanksiyalardan əvvəlki səviyyəyə çatdırılıb

  İranın neft ixracı gün ərzində 2,5 milyon barel təşkil edir. Bu o deməkdir ki, ölkənin dünya bazarındakı payı sanksiyalardan əvvəlki dövrə çatdırılıb. Trend NİOC agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın birinci vitse-prezidenti İshaq Cahangiri bəyan edib.   O deyib ki, İran ölkədə neft hasilatını yüksəldərək dünya bazarındakı rolunu bərpa edə bilib.   İ.Cahangiri bildirib ki, bəzi neft hasil edən ölkələr, o cümlədən Fars körfəzində, "qara qızıl"ın qiymətinin enməsi böyük problem yaradıb: "Amma effektiv idarəçiliyə görə İranda iqtisadi sabitlik qalib gəlib".   Qeyd edək ki, hazırda İranda sutkada 3,8 milyon barel neft istehsal edilir. /