Maide.az

İran nümayəndə heyəti Ali Hərbi Məktəbdə olub

Azərbaycanda dostluq səfərində olan İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin "Dəmavənd" və "Cövşən" hərbi gəmilərinin heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.   Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 1-ci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin rəhbərlik etdiyi nümayəndə heyətinin hərbi məktəbin komandanlığı ilə görüşü keçirilib.   Hərbi təhsil müəssisəsinin yaranma tarixi haqqında ətraflı brifinq təqdim edilib və qonaqlar hərbi dəniz fakültəsindəki tədris prosesi ilə tanış olublar. /